Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:20

NATO-nun şimal cinahında qurulmuş 6 nəzarət mərkəz sentyabrın 1-dən istismara verilib.i

Alyans bildirir ki, məqsəd Rusiyadan gələn mümkün yeni təhlükələrə reaksiya verməkdir.

NATO Krımın Rusiya tərəfindən ilhaq edilməsi və Ukraynanın şərqindəki münaqişədən sonra mümkün təcavüzləri dayandırmaq və müttəfiqlərini sakitləşdirmək üçün Şərqi Avropada rolunu artırır.

Bu hərbi mərkəzlər Bolqarıstan, Estoniya, Latviya,Litva, Polşa və Rumınyada açılıb və ilin sonunadək hər birində 40 nəfərlik heyət olmalıdır.

Təşkilatın baş katibi Jens Stoltenberg sentyabrın 3-də Litvadakı komandanlıq və nəzarət mərkəzinin açılışında iştirak edəcək.

Bu mərkəzlərin açılması ilə bağlı qərar alyansın ötən ilin sentyabrında Uelsdə keçirilən sammitində qəbul edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG