Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:14

Bağdadın şimal-şərqində 18 türkiyəli inşaatçı oğurlanıb.

Türkiyənin baş nazir müavini Numan Kurtulmus sentyabrın 2-də bildirib ki, hökumət İraqın daxili işlər nazirliyi ilə yaxın əlaqə saxlayır və ümid edirirk ki, insident yaxşı qurtaracaq.

Oğurlanan mühəndis və fəhlələr Bağdadın Sədr-Siti rayonunda idman kompleksi tikən Türkiyə şirkətinin əməkdaşlarıdır.

Maskalı və hərbi geyimdə olan silahlı adamlar onları yatarkən, dan yeri açılmamış maşınlara dolduraraq uzaqlaşıblar.

İnsidentə görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Qeyd edək ki, Türkiyə ordusu son vaxtlar vaxtaşırı İslam Dövləti qrupunun İraqın şimalındakı mövqelərinə zərbələr endirir.

Bundan başqa Türkiyə bu qrupla mübarizədə ABŞ təyyarələrininonun hərbi-hava bazalarından istifadə etməsinə icazə verir.

İslam Dövləti qrupu ötən il də İraqın şimalındakı Mosul şəhərində 46 Türkiyə vətəndaşını girov götürmüşdü. Amma 3 aydan çox girovluqdan sonra onların hamısı azad edildi.

Günün bütün mövzuları

XS
SM
MD
LG