Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:39

«Intel» tələbə və müəllimlərə təlim keçəcək


Intel Corporation
Intel Corporation

-

Dünyanın aparıcı İT şirkətlərindən biri olan «Intel» bu ilin sonunadək Azərbaycanda tələbə və müəllimlər üçün təlim proqramları keçirəcək.

Oktyabrda şirkət ölkənin az inkişaf etmiş regionlarında tələbələrə kömək məqsədilə 100 informatika müəlliminin iştirakı ilə təlim keçəcək. Bundan başqa bu ilin dekabrında STEM-mərkəzində informatika fənni üzrə məktəb müəllimləri üçün treninqlər təşkil olunacaq.

«Intel» şirkətinin Azərbaycanla bağlı hədəfləri orta məktəblərdə elmi sorğuların keçirilməsi, Naxçıvan Muxtar Respublikasında regional İT sərginin təşkili, struktur mərkəzlər şəbəkəsinin yaradılması, elmi sərgilərdə iştirak edən tələbələrin sayının 50 faiz artırılması, startap məktəblərinin yaradılmasıyla sahibkarlığın inkişafını təmin etməkdir.

XS
SM
MD
LG