Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:54

-

Sentyabrın 2-də Bakıdan Sumqayıta ilk işçi qatarı yola düşüb.

İlk qatarın sərnişinləri «Azərbaycan Dəmir Yolları» QSC-nin işçiləri və texniki heyət olub.

«Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat katibi Nadir Əzməmmədov deyib ki, Bakı-Sumqayıt dəmiryol xətti sentyabrın 15-də tam gücü ilə və yeni qatarlarla işə düşəcək.

Həmin qatarlar Keşlə, Biləcəri, Xırdalan, Güzdək stansiyalarından keçməklə Sumqayıta və əks istiqamətə hərəkət edəcək.

Tarif Şurası qatarlarda gediş haqqını müəyyənləşdirdikdən sonra vahid kart sistemi Bakı-Sumqayıt dəmiryol xəttində də istifadə ediləcək.

Sutka ərzində bu dəmiryol ilə 30-35 min sərnişinin daşınması proqnozlaşdırılır.

«Stadler Rail Group» şirkətinin istehsal etdiyi qatarların ümumi sərnişin tutumu 919 nəfərdir. Hər bir qatarda 396 oturacaq var, onlardan da 84-ü biznes-klasdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG