Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:02

-

Sentyabrın 2-də 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi vəkil Əlayif Həsənovun vəkillikdən uzaqlaşdırılması ilə bağlı iddiaya baxıb. Vəkillər Kollegiyasının nümayəndəsi prosesdə iştirak etmədiyinə görə, məhkəmə sentyabrın 7-dək təxirə salınıb.

Əlayif Həsənovun Vəkillər Kollegiyasından çıxarılması ilə bağlı qərar qurumun Rəyasət Heyətinin 3 iyul tarixli iclasında qəbul edilib. Səbəb kimi vəkilin peşə fəaliyyəti göstərilib. Hüquqlarını qoruduğu hüquq müdafiəçisi Leyla Yunusun kamera yoldaşı Nuriyyə Hüseynova ötən il vəkilə qarşı iddia qaldırıb. N.Hüseynova Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında Leyla Yunusla eyni kamerada saxlanılıb. Əlayif Həsənov Leyla Yunusa istinadən açıqlama yaymışdı ki, N.Hüseynova kamerada hüquq müdafiəçisinə fiziki və psixoloji təzyiq edir. Bununla bağlı N.Hüseynova xüsusi ittiham qaydasında iddia qaldıraraq, vəkilin təhqir və böhtana görə cəzalandırılmasını istəmişdi.

Yasamal rayon Məhkəməsi 2014-cü il noyabrın 6-da vəkil barəsində hökm çıxarıb. Hökmə əsasən, Əlayif Həsənov CM-nin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə təqsirli bilinərək, 240 saat ictimai işlər cəzasına məhkum edilib. Bu hökmdən verilmiş apellyasiya şikayəti də təmin edilməyib və hökm qüvvədə qalıb.

Əlayif Həsənov Vəkillər Kollegiyasından çıxarılması ilə bağlı qurumun qərarını qanunsuz saydığından məhkəməyə müraciət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG