Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:57

-

Nyu-York fond birjasında aksiyaların kursunda kəskin enmə baş verib. 30 aparıcı ABŞ kompaniyasını özündə birləşdirən «Dow Jones» indeksi 469 punkt və ya 2.8 faiz geriləyib. 500 iri şirkətin kapitallaşmasını əks etdirən S&P indeksi 2.7 faiz geriləyib.

Analitiklər kursun düşməsini dünyanın ikinci olan Çin iqtisadiyyatının inkişaf tempinin axsaması ilə əlaqələndirirlər.

Bu durum neftin qiymətində də özünü göstərib. «Brent» markalı neftin 1 barrelinin qiyməti 56 dollardan 49 dollara enib.

Bu ilin əvvəli ilə müqayisədə neft nəhəngləri «Exxon Mobil» və «Chevron»un səhmləri müvafiq olaraq 22 və 30 faiz ucuzlaşıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG