Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:47

Həlak olan hərbçilərin sayı açıqlandı


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

«2015-ci ildə Azərbaycanda 50 hərbi qulluqçu dünyasını dəyişib».

Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutu məlumat yayıb. İnstitut Azərbaycanın kütləvi informasiya vasitələri və sosial şəbəkələr üzərində apardığı monitorinqlərə əsasən bu nəticəyə gəlib.

Bildirilir ki, 2015-ci ilin 8 ayı ərzində Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda ümumilikdə 50 hərbi qulluqçu dünyasını dəyişib. Onlardan 21-i döyüş (18-i düşmən gülləsi, 3 nəfəri mina partlayışı), 29 nəfəri isə qeyri-döyüş itkiləridir.

8 nəfər intihar edib, 8 nəfər qeyri-nizamnamə hadisəsi (bir-birini güllələmə), 4 nəfər avtoqəza nəticəsində, 3 nəfər ehtiyatsızlıqdan, 2 nəfər qar uçqunundan, 2 nəfər günvurmadan, 2 nəfərsə xəstəlikdən ölüb. Onlardan 44-ü Müdafiə Nazirliyinin, 3-ü Dövlət Sərhəd Xidmətinin, 2-si Fövqəladə Hallar Nazirliyinin və 1-i isə Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularıdır.

XS
SM
MD
LG