Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:20

Ukrayna “Radikal partiyası”nın lideri Oleh Lyashko partiyasının koalision hökumətdən çıxdığını bəyan edib.

O sentyabrın 1-də bildirib ki, partiya rusiyapərəst separatçıların nəzarətində olan şərq regionlarına böyük muxtariyyət verilməsi ilə bağlı konstitusiya düzəlişlərinə qarşıdır.

Ukrayna millətçiləri bunun ölkənin suverenlyinə təhlükə sayırlar.

Lyashko hakimiyyətin mərkəzsizləşdirilməsi ilə bağlı oktyabrda yerli seçkilərlə yanaşı milli referendum keçirməyə çağırıb.

Amma prezident “Poroshenko bloku”nun sədr müavini Ihor Kononenko bildirib ki, “Radikal partiyası”nın getməsi koalisiyanın işinə təsir göstərməyəcək.

“Radikal partiyası”nın 302 yerlik parlamentdə 21 mandatı var.

Ukrayna parlamenti avqustun 21-də ölkənin şərq regionlarına geniş səlahiyyət verilməsini nəzərdə tutan konstitusiya düzəlişlərini ilkin oxunuşda qəbul edib.

Bu, bu ilin fevralında Minskdə əldə edilmiş atəşkəs sazişində nəzərdə tutulur.

XS
SM
MD
LG