Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:21

BMT bildirib ki, peykdən çəkilən şəkillər Suriyanın qədim Palmira şəhərində 2 min il yaşı olan məbədin dağıdıldığını göstərir.

Avqustun 30-da Palmiradakı qədim Bela məbədinin İslam Dövləti yaraqlıları tərəfindən partladılması barədə məlumat yayılıb.

İslam Dövləti qrupu Palmira şəhərini bu ilin mayında zəbt edib.

BMT-nin məlumatında məbədin əsas hissəsi və ətradakı sütunların dağıdıldığı bildirilir.

Həmçinin ötən həftə Palmira şəhərindəki Baal-Şamin məbədinin partladıldığı təsdiqlənib.

Hazırda Suriya və İraqın böyük bir hissəsi İslam Dövləti qrupunun nəzarətindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG