Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:44

Özbəkistan prezidenti İslam Kərimov ölkədə hər hansı bir xarici hərbi baza qurulmasını istisna edib.

Karimov sentyabrın 1-də müstəqillik günü münasibətilə paytaxt Daşkəntdə keçirilən mərasimdə həmçinin bildirib ki, Özbəkistan ordusu heç vaxt xaricdə keçirilən hərbi əməliyyatlarda iştirak etməyəcək.

Qeyd edək ki, ABŞ bundan 5 gün əvvəl Daşkəndi İslam Dövləti qrupuna qarşı mübarizə aparan beynəlxalq kolaisiyaya qoşulmağa çağırmışdı.

Beynəlxalq qüvvələrin Əfqanıstandan çıxarılmasına baxmayaraq, həmçinin Almaniya bu ilin yanvarında Özbəkistanın cənubundakı Termez şəhərindəki hava bazasından istifadənin davam etdiriləcəyini bildirmişdi.

Bu baza Öbəkistan-Əfqanıstan sərhəddinin yaxınlığında yerləşir.

77 yaşlı Karimov Özbəkistanı keçmiş sovetlər dövründən idarə edir.

Qərb ölkələri və beynəlxalq insan haqları təşkilatları ölkədə söz azadlığı da daxil olmaqla fundamental azadlıqların polzulmasına görə, onu daima tənqid edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG