Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:16

"Yaşayış yerindən arayış ləğv edilməlidir"


Azərbaycanda şəxsiyyət vəsiqəsi (nümunə)

Azərbaycanda şəxsiyyət vəsiqəsi (nümunə)

-

"Yaşayış yerindən arayış ümumiyyətlə ləğv edilməlidir".

Bunu İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyev deyir:

«Çünki bu arayış sovet dövründən qalma bir şey olmaqla yanaşı, həm də müasir elektronlaşmış cəmiyyət üçün geridəqalma əlamətidir.

Arayışı hansı qurum verəcək?

Prezident İlham Əliyevin avqustun 31-də imzaladığı fərmana görə, bu arayışın verilməsi asanlaşdırılmalıdır.

Arayış «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (İAMAS) və digər informasiya sistemlərinin məlumatlarından istifadə edilməklə, elektron qaydada tərtib edilməlidir. O cümlədən, arayış vətəndaşların şəxsiyyət vəsiqəsi əsasında və əlavə heç bir sənəd tələb edilmədən hazırlanmalıdır. Fərmanda o da nəzərdə tutulub ki, arayış vətəndaşın müraciət etdiyi gün təxirəsalınmadan verilsin.

Ancaq fərmanda o göstərilməyib ki, arayışı hansı qurum verəcək, o cümlədən, yaşayış və qeydiyyat yeri fərqli olan vətəndaşlar arayışı necə əldə edəcəklər.

Azər Mehtiyev hesab edir ki, arayış şəxsiyyət vəsiqəsi əsasında verilirsə, yaşayış yerindən arayışa ehtiyac yoxdur. Vəsiqə elə arayışı əvəz edir:

"Əlbəttə ki, ola bilər ki, vətəndaşın qeydiyyat yeri və yaşayış yeri fərqli olsun. Bəs «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) nə üçündür ki? Qoy bu sistem bütün qurumlara və vətəndaşlara açıq olsun və arayış istəyən hər bir qurum bu sistem vasitəsilə vətəndaşın yaşayış yerini dəqiqləşdirsin».

«Kənddə ASAN xidmət yoxdur axı…»

Azər Mehtiyev deyir ki, bu sistemin tətbiqi kəndlərdə yaşayan insanlara təsiri məsələsi də maraqlıdır: «Hazırda kəndlərdə vətəndaşlara bu arayışı Rayon icra başçılarının kənd üzrə nümayəndələri verir. Kəndlərdə ASAN xidmət yoxdur. Kəndlilər arayış üçün rayon mərkəzlərinəmi gedəcəklər? Əgər kəndlərdə olan icra nümayəndələrinin İAMAS sisteminə giriş imkanları olacaqsa (ümid edirik), niyə bütün qurumların və vətəndaşların ona girişi olmasın ki?»

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG