Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:08

Başımın üstündə qarğalar


- Elkin Kərimli

Rəssam

Rəssam, sənin əlindən ölmək istəyirəm.
Mənim tablomu yarat,
ölüm tablomu...
O tablo, sənin əsərin, mənim tabutum olsun.

Böyük bir ağac çək,
altında bir masa,
masanın üzərində kağız,
kağızın üzərində qələm...

Boynuma bir ip keçir,
ağacın ən kövrək
budağından as məni.
Qurumuş budaqlar
qınasın məni.
Mənə üz çevirən
saralmış, solmuş,
o yetim yarpaqlar
qınasın məni.

Başımın üstündə qarğalar,
qara dolmuş buludlar,
havada uçuşan
bir neçə sarı yarpaq,
ayaq ucumda tulamı çək.
Gözündə bir-iki damcı yaş;
mənə baxmasın ancaq...

Bir də o ağ kağızı
bir yarısı havada
külək üfürən yerdə çək.
Ölmək istəyirəm
ümidlərim tək...

Gəl yenidən başlayaq

Əlimdə qaldı, əlimdə!
Əllərinin hənirtisi, istisi.
Bir də sevə bilmədim,
Səndən başqa bir kəsi...

Aradakı pərdəni
nahaq götürdük,nahaq!
Sənsiz olmur, olmadı,
Gəl yenidən başlayaq.

Gəl yenə də görüşək,
Gözdən, könüldən uzaq.
Bir yerdə başlamışıq,
Bir yerdə də qurtaraq...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG