Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:26

Taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi ASAN xidmətə tapşırılır.

Bununla bağlı prezident İlham Əliyev fərman imzalayıb.

Fərmanda deyilir ki, Nəqliyyat Nazirliyi taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi və taksi minik avtomobillərinə «Fərqlənmə nişanı»nın verilməsi xidmətləri «ASAN xidmət» mərkəzlərinə ötürməlidir.

Taksi avtomobilləri üçün qoyulan tələblər də yumşaldılacaq. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə tapşırılır ki, taksi minik avtomobillərinin xarici tərtibatına və texniki göstəricilərinə dair tələbləri sadələşdirsin.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə isə taksi minik avtomobillərinin xarici tərtibatına və texniki göstəricilərinə dair tələblərin sadələşdirilməsi üçün müvafiq tədbirlər görmək tapşırılıb.

Ancaq bu prosedurlar 5 aya qədər vaxt apara bilər.

Yerli mətbuat dəfələrlə Bakıda taksi fəaliyyətinin tənzimlənməsi və belə avtomobillərə lisenziya verilməsi sahəsində ciddi problemlər olduğunu qabardıb. Mətbuat problemlərin əsasən də taksi sürücüləri ilə Nəqliyyat Nazirliyinin müfəttişləri arasında çoxsaylı mübahisələrdən doğduğunu, taksi lisenziyası və «Fərqlənmə nişanı» almağın çətinliyi, bu sahədəki bürokratiya və neqativ hallardan yazır.

Ancaq fərmanda göstərilməyib ki, lisenziyaya nəzarəti əvvəlki kimi Nəqliyyat Nazirliyi, yoxsa başqa qurum həyata keçirəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG