Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:10

Zabrat-Maştağa yolunda qəza


Arxiv fotosu
Arxiv fotosu

-
Bakıda minik avtomobili arxadan benzindaşıyan maşına çırpılıb, iki nəfər ölüb, yaralananlar var.

Olay avqustun 31-dən sentyabrın 1-nə keçən gecə Zabrat-Maştağa yolunda baş verib.

Qəza zamanı «Jiqulu» markalı avtomobilin 40 yaşlı sürücüsü Elman Ağayev və 38 yaşlı sərnişin Rövşən Quliyev həlak olub, digər iki sərnişin ağır xəsarətlərlə xəstəxanaya aparılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

İlkin ehtimala görə, qəzaya minik avtomobilinin sürücüsünün sürət həddini aşması səbəb olub.

APA yazır ki, «Jiqulu»nin sürücüsü Zabrat-Maştağa yolunda geriyə dönüş edərkən qəzayla üzləşib.

Bu ilin əvvəlindən indiyə kimi Bakıda 460-dən çox yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən mətbuata bildirib ki, qəzalar nəticəsində 130-dan çox adam həlak olub, 530-dan çoxu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

XS
SM
MD
LG