Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:43

Vice News jurnalının əməkdaşları Jake Hanrahan və Philip Pendlebury Türkiyənin Diyarbakır vilayətində çəkiliş apararkən həbs ediliblər.

Türkiyədə məhkəmə iki britaniya jurnalistinə və onların tərcüməçisinə qarşı “terror” ittihamı irəli sürüb.

Vice News jurnalının əməkdaşları Jake Hanrahan və Philip Pendlebury Türkiyənin Diyarbakır vilayətində çəkiliş apararkən həbs ediliblər.

Xəbər verilir ki, polis jurnalistləri İŞİD və ya PKK ilə mümkün əməkdaşlıqları barədə sorğu-sual edir.

Mətbuat orqanı ittihamları “əsassız və narahatlıq doğuran” adlandırıb.

Bu da bildirilir ki, jurnalistlər polis və kürd silahlıları arasında baş verən toqquşmalar mövzusunda material hazırlayırdılar.

Türkiyə hökuməti PKK-nın fəal olduğu bu bölgəyə jurnalistlərin gəlişini məhdudlaşdırıb.

Qərb mediası xatırladır ki, Türkiyə 2012-2013-cü ildə dünyanın “ən böyük jurnalist məhbəsçisi” adını qazanıb.

Lakin bu da qeyd olunur ki, Türkiyədə həbs edilmiş əcnəbi jurnalistlər əksər hallarda azad olunur və ya deportasiya edilirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG