Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:10

"Azərbaycanın mövqeyi belədir ki, idmanla siyasət eyniləşdirilməməli və idman siyasi məqsədlər üçün istifadə edilməməlidir".

Bunu APA-ya açıqlamasında Almaniyanın "Borussiya" klubunun erməni futbolçusu Henrikh Mkhitaryan Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıya buraxılmayacağı barədə məlumatlara münasibət bildirərkən deyib.

O qeyd edib ki, son 10 ildə Azərbaycanda 300-dən çox beynəlxalq xarakterli idman yarışları keçirilib:

“Birinci Avropa Oyunları da daxil olmaqla son 5 ildə Azərbaycanın ev sahibliyi etdiyi idman yarışlarında Ermənistandan vədigər ölkələrdən olan 100-dən çox erməni idmançı iştirak edib. Sevindirici haldır ki, Avropa Liqasının qrup mərhələsinə Azərbaycan klubları da çıxıb.

Bu cür yarışlarda iştirak edən hər ölkə UEFA-nın müəyyən etdiyi ümumi qaydalardan çıxış edir və bu qaydalar əsasında oyunlara ev sahibliyi edir. Futbolun əsas xüsusiyyətlərindən biri onun komanda formasında olmasıdır. Burada ayrı-ayrı fərdlər yox, ümumi komanda yanaşması əsas götürülür. "Borussiya" klubunun Azərbaycana səfəri də ayrı-ayrı fərdlərin yox, komanda səfəridir”.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanın mövqeyi belədir ki, idmanla siyasət eyniləşdirilməməli və idmandan siyasi məqsədlər üçün istifadə edilməməlidir. "Arzuolunmaz şəxslər" siyahısına gəldikdə isə, burada hər bir hal fərdi qaydada nəzərdən keçirilir.

Azərbaycanın “Qəbələ” klubu Avropa Liqasının qrup mərhələsində Almaniyanın “Borussiya” klubu ilə eyni qrupa düşüb.

Qeyd edək ki, Mikhitaryan 2011-ci ildə Dağlıq Qarabağa səfər etdiyinə görə, Azərbaycanın "qara siyahısında " olmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG