Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:12

Ukraynanın daxili işlər naziri Arsen Avakov avqustun 31-də Ali Radanın qarşısında baş verən partlayışda Milli Qvardiyanın 1 əməkdaşının öldüyünü bildirir.

O həmçinin 4 hərbçinin ağır yaralandığını deyir.

Bunadan başqa aksiyaçılarla toqquşmada 90-dan çox hərbçi xəsarət alıb.

BBC-nin müxbiri 3 partlayış səsi eşitdiyini xəbər verir.

Kiyev polisinin məlumatına görə, qumbaranı atmaqda şübhəli bilinən 1 nəfər həbs edilib.

Həmçinin polis 30-a yaxın aksiyaçının saxlandığını bildirir.

Aksiyaçılar hakimiyyətin mərkəzsizləşdirilməsi ilə bağlı parlamentdə qəbul edilən düzəlişlərə etiraz edirlər. Qanun layihəsində ölkənin şərqindəki separatçıların nəzarətində olan regionallara yerli özünüidarə səlahiyyəti verilməsi və bunun xüsusi qanunla tənzimlənməsi nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG