Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:06

-

Məşhur peterburqlu riyaziyyatçı, Puankare fərziyyəsini isbatlamış Grigoriy Perelman yaşamaq üçün İsveçə köçür.

“Komsomolskaya pravda” anonim mənbəyə istinadla belə yazır.

Mətbu orqanın məlumatına görə, məşhur riyaziyyatçı son illər anasının təqaüdü ilə dolanır.

Şəhərdəki ali məktəblərdən biri onu dərs deməyə dəvət edib, bunun müqabilində ona 17 min rublluq əmək haqqı təklif edib. Ancaq Perelmanı nə maaş, nə də iş şəraiti təmin edib.

Bir neçə ay öncə İsveçin elmi araşdırmalarla məşğul olan özəl şirkətlərindən biri Perelmana yüksək maaşlı iş təklif edib.

Qəzet yazır ki, rəsmi qurumlar riyaziyyatçının xarici pasport və 10 illik viza aldığını təsdiqləyiblər. Hərçənd "RBK-Peterburq"un müxbiri miqrasiya xidmətinin əməkdaşı ilə danışanda onlar bu cür məlumatları yaymaq səlahiyyətlərinin olmadığını bildiriblər.

Perelmanın əvvəllər işlədiyi Rusiya Elmlər Akademiyası Steklov adına Riyaziyyat institutunun Peterburq şöbəsindən fizika-riyaziyyat elmləri doktoru Sergey Kislyakov "RBK-Peterburq"a deyib ki, alimin xariciə köçməsi haqda xəbəri o da mətbuatdan oxuyub. Ancaq bu haqda ətraflı məlumatı yoxdur.

2005-ci llin dekabrında Perelman riyaziyyat-fizika laboratoriyasının aparıcı elmi işçi vəzifəsini tərk edib və bütün həmkarları ilə əlaqələrini kəsib.

2007-ci ildə Britaniya qəzeti “The Daily Telegraph” “Yaşayan 100 dahi”nin siyahısını dərc edib, bu siyahıda Perelmanın adı 9-cu yerdə gəlib.

"RBK-Peterburq" Perelmanla əlaqə yarada bilməyib. Alim qapalı həyat sürür və demək olar heç vaxt mətbuatla ünsiyyət saxlamır.

Grigory Perelman

Grigory Perelman

Perelman 1990-cı illərdən elmlə məşğuldur. Onun Puankare fərziyyəsini sübuta yetirməsi elmdə əsl sıçrayış sayılır. Fərziyyə topologiyanın məşhur problemlərindən biridir və üçölçülü fəza ilə üçölçülü kürənin eyni olduğunu, onların bir-birindən sıxılma, dartılma və burulma yoluyla alına bildiyini iddia edir.

2010-cu ildə Perelman 1 milyon dollarlıq Millenium mükafatına layiq görülsə də, ondan imtina edib.

Alim 1996-cı ildə Avropa riyaziyyat cəmiyyətinin mükafatına layiq görülsə də, ondan imtina edib.

2006-cı ildə onu Filds medalı ilə təltif etmək istəsələr də, riyaziyyatçı həmin mərasimi rədd edib.

2006-cı ildə “Science” Puankare teoreminin isbatını ilin elmi sıçrayışı adlandırıb.

2007-ci ildə Britaniya qəzeti “The Daily Telegraph” “Yaşayan 100 dahi”nin siyahısını dərc edib, bu siyahıda Perelmanın adı 9-cu yerdə gəlib. Bu siyahıda daha iki Rusiya vətəndaşının adı olub: 25-ci yerdə Harri Kasparov və 83-cü yerdə Mixail Kalaşnikovun.

2010-cu ildə Perelman 1 milyon dollarlıq Millenium mükafatına layiq görülsə də, ondan imtina edib.

2011-ci ildə Perelman Rusiya Elmlər Akademiyasına üzv olmaq təklifini də rədd edib.

Şərhləri göstər

XS
SM
MD
LG