Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:08

Müsavat Partiyası avqustun 29-da parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib.

Partiya məclisinin sessiyasında Müsavat Partiyasından deputatlığa namizədlərin siyahısı açıqlanıb.

Onların arasında partiyanın keçmiş lideri İsa Qəmbər də var. Onun namizədliyi 15 saylı üçüncü Yasamal dairəsindən irəli sürülüb.

Partiyanın hazırkı sədri Arif Hacının namizədliyi isə 33 saylı birinci Xətai dairəsindən irəli sürülüb.

Müsavat Partiyası keçmiş daxili işlər naziri və Milli Demokrat Partiyasının lideri İsgəndər Həmidovun da namizədliyini irəli sürüb. O 123 saylı Kəlbəcər dairəsindən seçkilərə qatılacaq.

Namizədlər Müsavat Partiyasının rayon təşkilatları ilə razılaşdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG