Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 10:58

Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard REAL hərəkatının həbsdə olan lideri İlqar Məmmədova baş çəkib.

Hərəkatdan verilən məlumata görə, görüş zamanı Azərbaycanda siyasi vəziyyət, qarşıdan gələn parlament seçkiləri və Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarının yerinə yetirliməsi müzakirə edilib.

İlqar Məmmədov 2013-cu il fevralın 4-dən həbsdədir. O, həmin il yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələr zamanı həbs olunub, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi 2014-cü ilin mayında İlqar Məmmədovun azadlıq hüqu və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Məhkəmənin qərarına əsasən, Azərbaycan dövləti dəymiş mənəvi ziyana görə İlqar Məmmədova 22 min avro təzminat ödəməlidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG