Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:21

Macarıstan miqrantlarla rəftara görə Fransanın xarici işlər naziri Laurent Fabiusun tənqidini rədd edib.

Macarıstanın xarici işlər naziri Peter Szijjarto avqustun 30-da bildirib ki, əsassız mühakimələr əvəzində Avropa üçün ümumi qərar üzərində cəmləşmək lazımdır.

Fabius bundan əvvəl bildirib ki, Macarıstanın Serbiya ilə sərhəd boyu tikanlı məftillərdən sədd çəkməsi Avropanın ümumi dəyərlərinə hörmətsizlikdir.

Macarıstan həmçinin miqrant düşərgələrində ciddi rejim tətbiq etmək, onların Avstriya və Almaniyaya keçməsinə imkan verməməkdə tənqid edilir.

Fransa, Böyük Britaniya və Almaniyanın daxili işlər nazirləri bundan bir gün əvvəl miqrant problemini həll etmək üçün konkret tədbirlər görməyə çağırıblar.

Bəyanatda deyilir ki, kimlərin müdafiəsinə daha çox ehtiyac olduğunu tez aydınlaşdırmaq üçün İtaliya və Yunanıstanda qaynar nöqtələr yaradılmalı, orda miqrantların barmaq izləri götürülməlidir.

Nazirlər yaxın 2 həftə ərzində üzv ölkələrin daxili işlər və ədliyyə nazirlərinin iclasını keçirmıəyə çağırıblar.

Bu günlərdə Vyanada yolun kənarında buraxılmış yük maşınında 71 miqrantın meyiti tapılıb. Onların havasızlıqdan öldüyü güman edilir.

Məsələ ilə bağlı artıq 5 şübhəli saxlanıb.

Onlardan 4-ü bolqar, biri isə əfqandır.

Roma papası Francis avqustun 30-da bu insidenti ittiham edib və bu cür cinayətlərdən qaçmaq üçün effektli əməkdaşlığa çağırıb.

Son vaxtlar Suriya və Şimali Afrika ölkələrindən Avropaya qaçqın axını başlayıb.

Onların əksəriyyəti Qərbi Avropa ölkələrinə keçməyə can atır.

Günün bütün mövzuları

XS
SM
MD
LG