Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:15

-

«Microsoft» şirkəti yeni ekran görüntüsü çəkmə proqramı «Snip»i tanıdıb.

Proqramın bir çox yenilikləri və üstünlükləri var.

«Microsoft Snip» «Windows» platformalı planşet və kompüterlərdə ekran görüntüsünü çəkməyə imkan verir.

Proqramla bütün ekranın və ya müəyyən bir hissənin görüntüsünü çəkmək olar. Daha sonra görüntünün üzərində nələrisə çəkmək, qeyd etmək, səs yazmaq mümkündür.

Bu dəyişikliklər «Snip»in içərisindəki ağ lövhədə edilir. Səsli bir izahla ekran görüntüsünü video (mp4) formatında yaddaşda saxlamaq olar. Görüntünü harasa yapışdırmaq, link kimi göndərmək və ya elə video kimi paylaşmaq mümkündür.

Proqramdakı ağ lövhəni planşet və ya kompüterin kamerası ilə çəkilən görüntülərdə də istifadə edə bilərsən. Yəni, müxtəlif qeydlər, səslər izah əlavə edib video kimi saxlaya bilərsən.

Bu əməliyyatları sadəcə ağ lövhəni açıb onun üzərində də etmək olar.

«Microsoft» proqramın pulsuz beta versiyasını istifadəyə verib.

«Snip»i buradan yükləyib faydalana bilərsən.

XS
SM
MD
LG