Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:16

-

Avqustun 31-də Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 22 il ötür.

Bu şəhər Azərbaycanın cənub-qərbində yerləşir. Qubadlının sahəsi 826 kv.km-dir.

Rəsmi məlumata görə, Qubadlının işğalı nəticəsində 95 yaşayış məntəqəsi talan edilib və yandırılıb.

Rayonun 50 minədək əhalisi respublikanın 47 bölgəsində məcburi köçkün həyatı yaşayır.

İşğala qədər Qubadlıda üzümemalı, yağ-pendir zavodları, quşçuluq fabriki, balıqyetişdirmə vətəgəsi, daş karxanası və mərmər sexi fəaliyyət göstərib.

Bundan başqa, rayonda 21 orta, 15 səkkizillik, 15 ibtidai, 2 texniki-peşə, 2 musiqi məktəbi, 7 məktəbəqədər müəssisəsi olub.

Qubadlıda 111 mədəni-maarif və 25 məişət, 33 səhiyyə müəssisəsi, 125 ticarət, 96 iaşə, 21 rabitə obyekti işləyib.

İşğal zamanı Qubadlıdan minlərlə ton taxıl, tütün məhsulu, on minlərlə iri və xırdabuynuzlu mal-qara, yüzlərlə kənd təsərrüfatı texnikası, avtomaşınlar aparılıb.

Təcavüz nəticəsində Qubadlının qədim mədəniyyət abidələritar-mar edilib.

Eyni zamanda, qiymətli bitki və heyvanat aləmi olan Qubadlı Dövlət Təbiət Yasaqlığı, Bəsitçay Dövlət Təbiət Qoruğunun, bu meşələrdə təbiət abidəsi kimi qorunan, yaşı 160 ildən 1600 ilədək olan Şərq çinarları, saqqız ağaclarının da işğaldan sonra məhv edilməsi haqda məlumatlar var.

Son məlumatlarda Qubadlıda Suriyadan gələn ermənilərin məskunlaşdırıldıqları deyilir. Azərbaycan buna etirazını bildirsə də, qarşı tərəf buna önəm verməyib.

XS
SM
MD
LG