Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:34

Çin “şayiə yayan” 197 nəfəri cəzalandırdı


Çin hakimiyyəti ölkə birjasındakı vəziyyət və bu yaxınlarda Tyanjində baş vermis partlayışla əlaqədar internet şayiələri yayan 197 nəfəri cəzalandırıb.

Çin hakimiyyəti ölkə birjasındakı vəziyyət və bu yaxınlarda Tyanjində baş vermis partlayışla əlaqədar internet şayiələri yayan 197 nəfəri cəzalandırıb.

Həbs olunanların arasında jurnalist və birja işçiləri də var.

Bu yaxınlarda Çində səhm qiymətləri 8 faiz düşərək həyəcanlı vəziyyət yaratmışdı. Tyanjində baş vermis sənaye partlayışı nəticəsində isə 127 nəfər həlak olub.

Çin internetə ciddi nəzarət edir və əvvəllər şayiələrə görə həbs cəzası alanlar olub.

Bu şayiələrin birində deyilirdi ki, birjadakı vəziyyətlə bağlı bir nəfər özünü pəncərədən atıb.

Başqa bir şayiədə Tyanjində 1300 nəfərin həlak olduğu bildirilirdi.

XS
SM
MD
LG