Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:14

Bu qanun dəyişikliyi İkinci Dünya Müharibəsindən bəri ilk dəfə olaraq Yaponiya qoşunlarına xarici ölkələrdə döyüşmək icazəsi verir.

-

Yaponiya parlamentinin qarşısına yığılmış minlərlə insan ölkə silahlı qüvvələrinə xaricdə əməliyyatlar keçirməyə icazə verən yeni qanuna etiraz edib.

Bu qanun dəyişikliyi İkinci Dünya Müharibəsindən bəri ilk dəfə olaraq Yaponiya qoşunlarına xarici ölkələrdə döyüşmək icazəsi verir.

Qanun layihəsi artıq Yaponiya parlamentinin aşağı palatasından keçib və hazırda yuxarı palata tərəfindən səsə qoyulmasını gözləyir.

İndiki konstitusiyaya görə silahlı qüvvələrə yalnız “özünümüdafiə məqsədilə” hərbi əməliyyatlara başlamaq ixtiyarına malikdir.

Qanuna edilmiş yeni dəyişiklik “kollektiv özünümüdafiə” ifadəsinin daxil edilməsindən ibarətdir.

Xəbər verilir ki, etiraz aksiyaları keçirməyə çox da həvəsli olmayan yaponlar bu etiraza havanın yağışlı olmasına baxmayaraq qoşulublar.

Yaponiyanın baş naziri Shinzo Abe bidlrib ki, qanun dəyişikliyi Yaponiyanın müdafiəsi üçün zəruridir.

Bununla belə ölkədə keçirilmiş rəy sorğuları əhalinin militaristləşməyə qarşı olduğunu göstərib.

Günün bütün mövzuları

XS
SM
MD
LG