Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:19

İtaliyanın Eni enerji qrupu dənizin Misir sahillərində dünyanın ən iri qaz yataqlarından birini aşkar edib.

İtaliyanın Eni enerji qrupu dənizin Misir sahillərində dünyanın ən iri qaz yataqlarından birini aşkar edib.

Şirkət bildirir ki, yataq 1450 metr dərinlikdədir və ümumi sahəsi 100 kvadrat kilometrdir.

Bu yataqda 850 milyard kubmetr təbii qazın olduğu təxmin edilir.

Eni bildirib ki, Zöhr yatağı dünyanın ən böyük qaz yataqlarından biri ola bilər.

“Bu tarixi tapıntı Misirin enerji mənzərəsini tamamilə dəyişəcək” – deyib Eni şirkətinin baş icraçı direktoru Claudio Descalzi.

Bu əraziyə tam konsessiya və ya sahiblik hüququ olan Eni hazırda Afrikada ən böyük enerji şirkətidir.

İyun ayında şirkət Misirin Neft Nazirlyi ilə 2 milyard dollar dəyərində müqavilə imzalayıb. Bu sənəd Eniyə Sinay yarımadası, Süveyş körfəzi, Aralıq dənizi və Nil deltasında yataqların axtarışı hüququ verir.

Son illərdə Aralıq dənizinin İsrail sahillərində də qaz aşkar edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG