Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:57

- "Bir toy məclisində Seymur Baycanla əyani tanış olmaq şərəfinə nail oldum. Onun həmin yazısını 3 dəfə oxumuşam."

Günel Mövludun müsahibi İsraildə yaşayan azərbaycanlı ginekoloq Əhməd Namazovdur.

- Doktor, gəlin sizin barədə məlumatlarla başlayaq söhbətə. Həkim, ginekoloq olmaq qərarına nə vaxt gəldiniz və tale necə gətirdi ki, İsraildə işləməli oldunuz?

- Öncə klaviatura ilə əlaqəli problemdən dolayı üzr istəyirəm. Azərbaycan əlifbası şriftləri yoxdur. Universiteti Türkiyədə, 2007-ci ildə bitirdim. Həmin il Türkiyədə, Tibbdə Uzmanlık Sınavı adlı imtahana muraciət elədim ixtisas üçün. Əslində, imtahana qədər heç vaxt ginekologiya haqqında düşünmürdüm, kardioloq, ya da kardio-cərrah olmaq istəyirdim. Ancaq son anda fikrimi anidən, heç bir səbəb olmadan dəyişdim və ixtisas seçimləri arasinda birinci yerə ginekologiya yazdım və qəbul olundum.

- Azərbaycanlı mentalitetində, müsəlman çoxluqlu ölkələrdə qadının kişi ginekoloqa müayinəsi az qala günahdır. Bildiyim qədərilə, nadir hallarda qadınlar kişi ginekoloq seçirlər. Siz ixtisasınızı seçəndə bu barədə düşünmüşdünüzmü?

- İxtisasımı seçəndə bu haqda heç düşünməmişdim. Həkimliyin müqəddəs bir peşə olduğuna inanıram, digər peşələr kimi. Və müqəddəs bir peşədə qadın-kişi ayrımı olmasını problem saymırdım.

5 il ixtisas təhsili zamanı bəzən belə hallarla üz-üzə qalırdım: qadınlar kişi ginekoloqa müayinə olunmağa etiraz edirlər. Ancaq ixtisası bitirdikdən sonra Türkiyədə bu problemin ciddi olduğunu gördüm. Mütəxəssis ginekoloq həkim elanlarında qadın ginekoloq tələb olunduğuna şahid oldum.

Təbii ki, bu, məni çox məyus etdi. Düşündüm ki, bu problem varkən Türkiyədə karyera qurmaq çətindir. Türkiyəni tərk etdim. Elmi rəhbərimin tövsiyə məktubu ilə, bəzi imtahanları da keçib, israildə iş həyatımı davam etdirirəm.

- Doktor, bu problemin, yəni kişi ginekoloqların rahatlıqla qəbul edilməməsini yalnız müsəlman toplumların problemi saymaq doğru olarmı?

Yanlış olar. Məsələn, çalışdığım Yəhudi toplumunda da, xüsusilə dindar toplumda kisi ginekoloq rahat qəbul olunmur. Burda nəinki yəhudi, müsəlman, hətta xristian dininə məxsus xəstələrim də çox olur. Hər toplumda bu cür rəftar görmuşəm. Ümumiyyətlə, fikrim budur ki, dinindən asılı olmayaraq, hər toplumda qadın kişi ginekoloqun müayinəsindən çəkinir.

Bu, anlaşıla bilən bir durumdur. Sadəcə, bu var ki, bizim müsəlman toplumunda bu etiraz həkimə kobudcasəna edilir. Digər toplumlarda bu etirazı daha mülayim şəkildə gördüm.Təbii ki, bunlar ancaq mənim gördüklərimdir.

- Bidliyim qədər, Azərbaycanda heç işləməmisiniz? Amma yəqin ki, kolleqalarınızla sıx əlaqə saxlayırsınız. Azərbaycanda tibbin ümumilikdə səviyyəsini və ayrı-ayrı tibbi sahələrdə vəziyyəti necə görürsünüz?

- Bəli, hələ ki, Azərbaycanda fəaliyyət göstərmirəm. Ancaq Azərbaycanda olan bütün hadisələri, dəyişiklikləri yaxından izləyirəm, görürəm. Qənaətlərim budur ki, son 5 ildə Azerbaycanda tibb sahəsində xeyli inkisaf qeydə alınır.

Bunu tibbin bir cox sahələrində görmək olur. İstər kadr cəhətdən, istər tibbi texnika olsun, ciddi dəyişiklik olduğunu görmək çətin deyil. Soruşa bilərsiniz, bəs niyə hələ də İrana, Türkiyəyə, ya da digər ölkələrə müalicəyə gedirlər.

Bunun cavabı asan deyil. Amma mən şəxsən iki səbəb görürəm. Birinci səbəb, ölkəmizdə tibbi sığortanın olmamasıdır. İnsanlar müalicə üçün məyyən məbləğ ödəməli olurlar. Bir az daha çox məbləğ ödəyib, daha inkişaf etmiş ölkələrdə müalicə olunmaq normal qarşılanmalıdır.

İkinci səbəb isə həkimə inamsızlıqdır. Təssəüf ki, kolleqalarımız arasında tibbi deontologiya – etika, xəstəyə zərər verməmə qaydalarına riayət etməyənlər olur. Belə hadisələr də həkimə olan inamsızlığa gətirib çıxarır.

- Çalışdığınız ölkədəki tibbi Azərbaycan səhiyyəsi ilə müqayisə edirsinizmi? Ümumilikdə sistemdə, ayrı-ayrı məsələlərdə, texniki avadanlıqdan tutmuş, həkimin xəstəyə yanaşmasına qədər, hansı fərqləri görürsünüz?

- Çalışdığım ölkə ilə Azərbaycan arasında böyük fərq var. İsrail dünya tibbində öz sözünü demiş ölkələr arasında yer alır. İstər texnika , istər sistem, istər həkimlərin təkmilləşdirilməsi cəhətdən Azərbaycandan çox üstündür, müqayisə edilməsi yanlış olar.

Həkimlərin xəstəyə münasibəti belədir. Mən burda həkimlərin xəstəyə qarşı daha təmkinli olduğunu gördum. Əgər dünya tibbində bir neçə müalicə şəkli varsa, o müalicə növlərinin hamısı barədə xəstənin məlumatlandırılması vacibdir. İstər dövlət, istər özəl xəstəxanalarda xəstəylə kobud rəftar qəbul ediləcək bir şey deyil.

- Azərbaycandan İsrailə müalicəyə gələnlər çox olur?

- Mən İsraildə Universitet xəstəxanasında çalışıram.Burda oldugum üçün məni tanıyan bir neçə xəstə bizim xəstəxanaya baş vurub. Ancaq İsrailə xaricdən gələn xəstələrin çoxu özəl xəstəxanalara müraciət edir ki, biz onları görmürük. Ancaq bu haqda kifayət qədər məlumatım var, Azərbaycandan İsrailə müalicəyə gələn xəstə sayı az deyil.

- Gəlin bir az da ixtisasınızla bağlı danışaq. Zamanla ginekoloji problemlərin mahiyyətində də dəyişiklik olurmu? Məsələn, müasir qadınların səhhətləri ilə bağlı problemləri iyirmi il əvvəlki xəstəliklərdən seçilirmi?

- Təbii ki, ginekoloji xəstəliklərin mahiyyətində dəyişiklik var. Dünya tibbini izləsək, bunu görmək çox da çətin deyil. Bir misal verim, son 20 ildə genital orqan sallanmaları və qadin sidik qaçırma xəstəlikləri sahəsində ciddi inkişaf var. Artıq qadın toplumun aktiv bir fərdidir. 20 il əvvəl evdə oturan qadın, indi evdə oturmur. İşləyir, ailəyə və topluma dəstək verir. Və bu qadın artıq genital orqan sallanması və ya sidik qaçırma problemini gözardı etmir, çünki səhhəti ilə iş həyatı sıx bağlıdır və tez həkimə müraciət edir.

- Peşənizi icra edərkən hansı problemləri yaşayırsınız?

- Mənim fikrimcə, hər peşənin öz problemləri var. Necə ki, sizin bir yazınızı min nəfər dəstəkləyir alqış tutursa, eləcə də bir sıra insanlar tənqid edir. Hətta bəzən kobudcasına. Bizim peşədə də, eyni şeylərlə qarşılaşırıq.

Eyni müalicə və müayinə etdiyimiz xəstələrin də hamısı məmnun qalmır, etiraz edir, hətta söyür. Bu, başadüşüləndir, belə şeylərə çox da reaksiya vermirəm. (Bu dediklərim ümumi həkimlik peşəsi ilə bağlı idi).

- Bəs bir ginekoloq kimi?

Xüsusi olaraq, ginekoloq oldugum üçün qarşilaşdığım problemleri nəzərdə tutursunuzsa, yuxarıda sadaladıqlarımdan başqa problem görmürəm. Xəstələrimin mənə güvənməsi üçün əlimdən gələni edirəm, onlara bir intim obyekt olaraq baxmadığımı göstərməyə çalışıram.

İş masamın üzərində həyat yoldaşımın və uşaqlarımın rəsmi olur həmişə, xəstənin yanında bəzən qəsdən həyat yoldaşıma zəng edirəm, bir sözlə, hər şeyi edirəm ki, xəstə özünü rahat hiss eləsin. Çox zaman buna nail oluram, hələ ki, haqqımda belə bir şikayət olmayıb.

- Seymur Baycanın “Ağ xalatlı cəlladlar” yazısından sonra bir xeyli həkimlər onu açıq-aşkar təhqir etdi, hətta bəziləri davaya da çağırdı. Sizcə, həkim kimi müqəddəs, hümanist bir adı daşıyan insanların bu hala gəlib çıxmasına səbəb olan amillər hansılardır?

- 2-16 avqust arasında Bakida idim. Bir toy məclisində Seymur Baycanla əyani tanış olmaq şərəfinə nail oldum. Onun həmin yazısını 3 dəfə oxumuşam. Yazının tərkibini götürsək, Seymur Baycanın yazdığı ilə küçədən keçən insanların doxsan faizinin razılaşdığını demək olar.

Sadəcə, yazının “Ag xalatlı cəlladlar” adlandırılmasına, bütün həkimlərə şamil edilməsinə etiraz edirəm. Bu ad böyük bir ittihamdır. Seymur Baycan bu şəkildə, belə adla yazan tək yazar deyil.

Buna görə də yazıdan dolayı Seymura olan kobud-təhqiramiz tənqidlərin əleyhinəyəm. Özəlliklə də, həkimlər tərəfindən. Ümumiyyətlə, həkimlərin tənqidə zorakılıqla münasibət bildirməsinə qarşıyam.

Seymur Baycanin bu yazısı kimi çox yazilar var. Tənqidlərə ciddi yanaşıb, yanlış edilənləri düzəltməyin tərəfdarıyam. Yazıçı xalqın sözçüsüdür, xalqın gözü isə tərəzidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG