Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:48

Avstriyada ağır vəziyyətdə olan 3 azyaşlı miqrant xəstəxanaya yerləşdirilib. Uşaqlar polisin saxladığı iyük maşınında olublar. Maşında 26 qanunsuz miqrant aşkar edilib.

Əsasən Əfqanıstan, Banqladeş və Suriyadan olan qaçqınları daşıyan maşın Almaniya sərhəddinin yaxınlığında saxlanıb. Miqrantları daşıyan Rumıniya vətəndaşı həbs olunub.

Bundan əvvəl Avstriyada içərisində 71 miqrantın cəsədi olan yük maşını aşkarlanıb. Onların ölümündə şübhəli bilinən 4 nəfər həbs edilib,

Amma onlar məhkəmədə günahsız olduqlarını deyiblər. Saxlananlardan üçü bolqar, biri isə əfqandır. Onlar insan alveri ilə məşğul olan cinayətkar dəstənin üzvü olmaqda şübhəli bilinirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG