Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:56

Britaniya və Türkiyə mətbuatı həbs edilənin Adem Karadag adlı şəxs olduğunu bildirir.

Tayland hakimiyyət orqanları ötən həftə Banqkok məbədində törədilmiş və 20 nəfərin həyatına son qoymuş partlayışla bağlı 28 yaşlı türkiyəlini həbs edib.

Britaniya və Türkiyə mətbuatı həbs edilənin Adem Karadag adlı şəxs olduğunu bildirir.

Bu, avqustun 17-də paytaxtın gur hissələrindən birində yerləşən Eravan ziyarətgahında törədilmiş partlayışla əlaqədar ilk həbsdir. Həlak olanların əksəriyyəti asiyalılar olub.

Çox sayda pasport

Şənbə günü onlarca bomba zərərsizləşdirən ekspert də daxil olmaqla, 100-dək polis və hərbçi Banqkokun şərqində yerləşən Nonq Çok məhəlləsindəki yaşayış binasını əhatəyə almışdı.

Həbs edilən şəxsin mənzilində partladıcı qurğuların hazırlanması üçün hissələr və çoxsaylı pasportlar tapılıb.

Təhlükəsizlik kamerasına düşmüş şəxs

Təhlükəsizlik kamerasına düşmüş şəxs

“Biz əminik ki, bu şəxs ziyarətgahda partlayışın törədilməsində iştirak edib” – deyib polisin sözçüsü Prawut Thavornsiri.

O həmçinin bildirib ki, ziyarətgahdakı partlayışın ertəsi günü törədilmiş başqa bir partlayışda da bu şəxsin iştirakı olub. Turistlər arasında populyar olan körpüdə törədilmiş ikinci partlayışda tələfat olmayıb.

28 yaşlı şübhəliyə qarşı “partladıcı hazırlanması üçün qanunsuz materialların saxlanması” ittihamı irəli sürülüb.

Qisas aksiyası?

Tayland Daxili Təhlükəszilik Əməliyyatları Komandanlığının sözçüsü polkovnik Banphot Phunphien, AFP agentliyinə bildirib kİ, həbs edilən şəxs “Türkiyə vətəndaşı”dır.

Bəzi mənbələrin verdiyi xəbərə görə tutulan şəxs partlayışın “qisas olaraq” törədildiyini deyib.

Eravan ziyarətgahı partlayışdan sonra

Eravan ziyarətgahı partlayışdan sonra

Artıq bir neçə gün idi ki, polis təhlükəsizlik kamerasına düşmüş əsas şübhəlini - əynində sarı mayka, bel çantasını ziyarətgahın içində qoyub gedən əcnəbi görkəmli şəxsi axtarırıdı.

Lakin polis həbs olunmuş Türkiyə vətəndaşının videodakı şəxslə əlaqəli olduğu barədə heç bir açıqlama verməyib.

“Biz onun otağında onlarca pasport tapmışıq və indi bu pasportların kimə məxsus ola biləcəyini araşdırırıq” – deyib sözçü.

Uyğur izi

Bundan əvvəl, Taylandın Kanal 3 televiziyasına müsahibə verən sözçü həbs edilən şəxsin evindən tapılmış materialların hər iki partlayışla əlaqəli olduğunu bildirmişdi.

Xəbər agentlikləri bildirirlər ki, hindu ziyarətgahında törədilən partlayışın Çinin müsəlman uyğur azlığı ilə əlaqədar olması barədə şayiələr yayılıb.

Şayiələrə görə partlayış uyğurlara rəğbətli olan həmdinləri tərəfindən törədilə bilərdi.

Ötən ay Tayland öz ərazisinə qaçıb gəlmiş yüzədək uyğuru Çinin hakimiyyət orqanlarına təslim etmişdi.

The Wall Street Journal qəzeti yazır ki, həmin vaxt Türkiyədəki Tayland səfirliyinin qarşısında zorakı etiraz aksiyaları keçirilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG