Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:11

Mxitaryan Azərbaycana buraxılacaqmı?


Henrix Mxitaryan nəinki Azərbaycanla müharibə şəraitində olan ölkənin nümayəndəsidir, o habelə işğal olunmuş Qarabağ ərazisinə də səfər edib.

AFP agentliyi bildirir ki, Borussia Dortmund komandasının Qəbələ komandası ilə Avroliqanın növbəti oyunu üçün “viza başağrısı” ola bilər.

Xəbərdə deyilir ki, komanda erməni yarımmüdafiəçi Henrix Mxitaryana Azərbaycan tərəfindən viza verilməyəcəyindən narahatdır.

Almaniyanın gündəlik “Bild” qəzeti hadisələrin belə inkişafını tamamilə mümkün sayır.

Dortmund isə bu mövsümdə səkkiz qol vurmuş və parlaq oyun nümayiş etdirmiş futbolçusunu “Qəbələ” ilə oyunda da sıralarında görmək istərdi.

Mxitaryan işğal olunmuş əraziyə səfər edib

Mxitaryan nəinki Azərbaycanla müharibə şəraitində olan ölkənin nümayəndəsi və onun millisinin üzvüdir, o habelə işğal olunmuş Qarabağ ərazisinə də səfər edib. Keçmişlərdə Azərbaycan XİN hətta üçuncü ölkələrin nümayəndələrini belə hərəkətə görə vizadan məhrum edib.

"Biz ümid edirik ki, bu baş verməyəcək – deyib Dortmundun sözçüsü Sascha Fligge Almaniyanın Sport1 telekanalına, - Henrix bizim üçün supermühüm oyunçudur…”

AFP yazır ki, Azərbaycanın azerisport.com internet saytı Mxitaryanın Bakı hava limanında həbs olunacağını iddia edib.

Platini: Çalışacağıq ki, Mxitaryan "Qəbələ" ilə Azərbaycandakı oyunda iştirak etsin

Komanda.az saytı Mxitaryanın Qarabağa səfəri haqqında daha təfərrüatlı yazıb: “Bu səfər 2012-ci ilin dekabrında olub. Həmin vaxt Henrix Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan başda olmaqla bir qrup federasiya rəsmləri ilə Dağlıq Qarabağa - Xankəndinə səfər etmişdi. O, uşaq evində olmuş və müharibə zamanı Azərbaycan ordusuna qarşı vuruşmuş erməni veteranlarına öz şəxsi hesabına bir çox məişət avadanlıqları hədiyyə etmiş, imzalı top paylamışdı”.

Platini: “Problem olmayacaq”

Sport7.az saytı isə UEFA-nın rəhbəri Michel Platiniyə istinadən yazır ki, “erməni futbolçunun Bakıdakı qarşılaşmada iştirak etməsi üçün heç bir problem olmayacaq”.

"Biz hesab edirik ki, istənilən futbolçu vətəndaşlığından asılı olmayaraq UEFA-nın bayrağı altında keçirilən bütün yarışlarda iştirak edə bilər. Hər bir futbolçu bu səbəbdən viza məsələsində problem yaşamayacaq. Çalışacağıq ki, Mxitaryan "Qəbələ" ilə Azərbaycandakı oyunda iştirak etsin" – deyib Platini.

Rusiya Futbol İttifaqı da fikir bildirib

Belə görünür ki, bu məsələ doğrudan da sırf idman problemindən siyasi-diplomatik qarşıdurmaya çevrilə bilər.

Henrikh Mxitaryan işğal olunmuş Dağlıq Qarabağa səfər edib
Henrikh Mxitaryan işğal olunmuş Dağlıq Qarabağa səfər edib

Bu məsələyə Rusiya Futbol İttifaqının (RFİ) erməni əsilli prezidenti Nikita Simonyan da müdaxilə edib.

O Rusiya mediasına bildirib ki, Mxitaryan Azərbaycana buraxılmaldır.

"Əgər idman qanunlarının dili ilə danışsaq, Azərbaycan tərəfi Henrix Mxitaryanın ölkəyə girişinə icazə verməyə məcburdur. Əgər oyunçunu "Qəbələ" - "Borussiya" oyununa buraxmırlarsa, onda Henrix Mxitaryanın özü və ya klub UEFA-ya müraciət etməlidir. Qarşı tərəfin Henrix Mxitaryana öz klubu ilə Azərbaycanda oynamağa qadağa qoyması üçün heç bir qanuni əsası yoxdur. Əgər rəsmi Bakı qarşı çıxarsa, onda bu, futbol qanunlarının kobud pozulması olacaq. Mxitaryanın bu matça siyasi səbəblərə görə buraxılmaması heç bir məntiqə sığmır".

XİN-in dilemması: “Futbol, yoxsa vətən?”

RFİ prezidenti bunun üçün UEFA-nın praktikasından nümunə gətirib.

O deyib ki, siyasi səbəblər üzündən bəzən komandalar fərqli qruplara salınır, amma burdakı situasiya belə deyil: "Əgər hazırkı durumda beynəlxalq qurum "Qəbələ" ilə heyətində Ermənistan yığmasının oyunçusunun çıxış etdiyi Dortmund "Borussiya"sının bir qrupda oynamasına icazə veribsə, deməli, UEFA Azərbaycandakı matçda futbolçunun iştirakını təmin etməyə borcludur".

Əgər rəsmi Bakı qarşı çıxarsa, onda bu, futbol qanunlarının kobud pozulması olacaq.

Başqa sözlərlə, belə çıxır ki, beynəlxalq futbolun qaydalarına görə Azərbaycan tərəfi, bu halda “Qəbələ” klubunun özü cəzalandırıla bilər.

İndi Azərbaycan XİN-in qarşısında doğrudan da dilemma var: ölkə, yoxsa ölkənin idman şərəfi?

Doğrudur, Mxitaryanın adı hələlik Qarabağa səfərlərə görə Bakının tətbiq etdiyi arzuolunmaz şəxslərin sırasında deyil.

Amma bundan əvvəl Bakı dəfələrlə işğal altındakı regionlara səfər etdikləri üçün hətta Avropanın bir neçə məşhur şəxsinin Azərbaycana səfərlərinə imkan verməyib. O da bəllidir ki, Azərbaycan rəsmiləri böyük beynəlxalq yarışların bir çoxunda ermənistandan olan, eləcə də başqa ölkələri təmsil edən erməni əsilli idmançıların Bakıya səfərlərinə şərait yaradıb. Hələlik Henrix Mxitaryanın Azərbaycana gəlişi barədə isə Bakıdan hər hansı rəsmi reaksiya yoxdur.

“Qəbələ”-“Borussia” matçı bu il oktyabrın 22-də keçirilməlidir.

XS
SM
MD
LG