Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:41

- Vasif Əlihüseyn

***

Doğrusu hamıdan nigaran

qaldı anam

gecələr tək yatdı ata evində

bir balaca qıfılla bağladı

otağını

bir balaca qıfıl ümidinə

qorxmadı heç nədən.

atam zəng vurub, övladların

gələcəyindən,

evə gələcəyindən danışdı.

Bacım yerindən gileyləndi

anam heyifsiləndi.

Biz zəng vurduq

Anam ürəkləndi

nəsihət verdi...

ovuclarımızı açıb telefon

dəstəyinə

əl-üzümüzü yuduq

anamın dualarıyla...

AXI SƏN OLA BİLMİRƏM

Bu zamanın hər sözünə,

Neynim, tən ola bilmirəm.

Düşüb siyah tellərinə,

bəyaz dən ola bilmirəm.

Ömrümüzün nəyi çiçək,

baş götürüb hara gedək.

Neynim indi əvvəlkitək,

axı, mən ola bilmirəm.

Göz yaşımı qurudardım,

qollarımı sənə sardım.

Səni çoxdan unudardım,

Neynim, sən ola bilmirəm.

HƏR ŞEYİN BİR ADI

Hər şeyin bir adı var

səndən sonra,

"Sənsizlik"

Anamın sözləri

ən böyük təsəllidi

səni unutmağa...

Bir də, hönkürtülərimi

asmışam qapı üstündən

gəlsən duyacaqsan.

Neyniyim?

Özümdən asılı deyil ki,

hələ də, dodaqlarım

uçuqlayır, öpüşlərinçün.

Günün bütün mövzuları

XS
SM
MD
LG