Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:15

«Əl-Cəzirə» jurnalistləri həbs edildi


Baher Mohamed, Peter Greste və Mohammed Fahmy Qahirə məhkəməsində - 1 iyun 2014.

Baher Mohamed, Peter Greste və Mohammed Fahmy Qahirə məhkəməsində - 1 iyun 2014.

-

Misir məhkəməsi Qətərin «əl-Cəzirə» telekanalının üç jurnalistini üç il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Misirli Baher Mohamed, Kanada vətəndaşı Mohamed Fahmy və avstraliyalı Peter Greste ölkədə qadağan edilmiş «Müsəlman qardaşları» hərəkatı ilə əlaqədə və Misirin milli təhlükəsizliyinə ziyan vurmaq məqsədilə yalan məlumat yaymaqda təqsirləndirilir. Hər üçü bu ittihamları rədd edir.

Mohamed Fahmy-nin vəkili Amal Clooney çıxarılan hökmdən dərin məyus olduqlarını bildirib: «Bu, təhlükəli siqnaldır ki, Misirdə hakimlər məhkəmələrə siyasi repressiyalar və propaqanda ələtinə çevrilmələrinə imkan verəcəklər».

Jurnalistlər 2013-cü ilin dekabrında saxlanılıblar. Ötən ilin iyununda onlara 10 ilədək həbs cəzası kəsilib.

Bu ilin fevralında Peter Greste vətəni Avstraliyaya deportasiya olunub. Fahmy ilə Mohamed isə girov müqabilində azadlığa buraxılıblar. Elə həmin ay Misirin Ali Məhkəməsi işə yenidən baxılması haqda qərar verib.

Beynəlxalq mətbuat azadlığını müdafiə təşkilatları və hüquq müdafiəçiləri jurnalistlər üzərində məhkəmə prosesini tənqid ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG