Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:13

Qırğızıstan prezidenti ABŞ-a getmədi


Almazbek Atambaev
Almazbek Atambaev

-

Qırğızıstan prezidenti Almazbek Atambaev sentyabrın axırlarında Birləşmiş Ştatlara nəzərdə tutulan səfərini təxirə salıb.

Prezidentin sözçüsü Almaz Usenov avqustun 27-də RFE/RL-ə deyib ki, səfərin təxirə salınması oktyabrın 4-də keçiriləcək parlament seçkilərinə görədir.

Atambaev 2011-ci ildən Qırğızıstana başçılıq edir və bu vəzifədə olduğu müddətdə ABŞ-a səfər etməyib.

Müxalif deputat Ravshan Jeenbekov Atambaev-i buna görə tənqid edib. O deyib ki, prezident bu addımı Rusiyanın xətrinə dəyməmək üçün atıb.

Moskva ilə Vaşinqton arasında münasibətlər keçən ilin martından - Rusiya Ukraynanın Krım yarımadasını ilhaq etdikdən sonra gərginləşib.

Qırğızıstan Rusiyanın yaxın tərəfdaşıdır. Bu ayın əvvəlində Bişkek Moskvanın liderlik etdiyi Avrasiya İqtisadi Birliyinə daxil olub.

Bu addım Bişkekin ABŞ-la əməkdaşlıq müqaviləsinin dayandırılmasından bir ay sonra baş verdi.

XS
SM
MD
LG