Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:42

«Boko Haram»ın 10 üzvü ölümə məhkum edildi


Çad islamçı Boko Haram qrupunun 10 üzvünü terrorçuluq ittihamı ilə ölüm cəzasına məhkum edib.

-

Çad islamçı Boko Haram qrupunun 10 üzvünü terrorçuluq ittihamı ilə ölüm cəzasına məhkum edib.

Onlar Çadın paytaxtı Ncamenada iyun ayında törətdikləri qoşa basqına görə məhkum ediliblər.

Bu hücumlar nəticəsində 38 nəfər həlak olmuşdu.

Bu, Boko Haram təşkilatının Nigeriyadan kənarda törətdiyi ilk terror aksiyası olub.

Xəbər verilir ki, məhkəmə dinləməsi səkkiz gün davam etməliymiş, lakin təhlükəsizlik mülahizələri ilə sürətləndirilib.

2002-ci ildə təsis oluinmuş Boko Haram təşkilatı başlanğıcda Qərb təhsil sisteminə qarşı çıxırdı.

Təşkilatın adı hauza dilində “qərb təhsili haramdır” mənasını verir.

XS
SM
MD
LG