Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:40

“Nar mobile”dan 33 dəfə ucuz “Skype”


WhatsApp
WhatsApp

Azərbaycanda “Facebook”,“Viber”, “WhatsApp”, “Skype” kimi sosial şəbəkə və messenger proqramlarının istifadəsi qadağan oluna və ya məhdudlaşa bilər- əgər Azərbaycan hökuməti bu şirkətlərlə razılığa gələ bilməsə.

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov mətbuata açıqlamasında deyib ki, bu şirkətlərin Azərbaycanda fəaliyyəti sertifikatlaşdırılmalıdır.

Hüquqşünas Ələsgər Məmmədlinin AzadlıqRadiosuna şərhinə görə, əgər həmin şirkətlər hökumətin şərtlərini (detallar açıqlanmır) qəbul etməsələr,onda hökumətin texniki cəhətdən imkanı var ki, bu proqramlar və saytların fəaliyyəti ya dayansın, ya da məhdudlaşsın:

“Şimali Koreyada Facebook açılmır. Türkiyədə Erdogan Tvitteri bir müddət qadağan etdi. Texniki baxımdan bu, mümkündür”.

“Facebook”la razılığa gəlinməyib?

Nazir Əli Abbasov isə nikbin danışır, deyir ki, artıq «Viber», «WhatsApp», «Skype» şirkətləri və sosial şəbəkələrlə aparılan danışıqlar müsbət nəticə verib: «Onlar artıq Azərbaycanın qanunlarını öyrənməyə başlayıb. Düşünürəm ki, onların fəaliyyətini sertifikatlaşdıracağıq».

Əli Abbasov “Facebook” şirkətinin reaksiyası haqqında danışmayıb.

Hökumətin arqumentləri və əks arqumentlər

Əli Abbasov qərarı belə əsaslandırıb: “Hesab edirik ki, Azərbaycanda kütləvi, fərdi informasiyaların yığımı və saxlanılması ilə məşğul olan şirkətlər Azərbaycan qanunlarına əsasən fərdi məlumatların saxlanılması üzrə sertifikat almalıdır. Bu sertifikat nazirlik tərəfindən verilir».

Hüquqşünas Ələsgər Məmmədli nazirlə razıılaşmır: “Bizim sosial şəbəkələrə qoşularkən onlara verdiyimiz fərdi məlumatlar öz razılığımıza görə həmin şərtləri qəbul edərək verdiyimiz məhdud məlumatlardır. Bunların yayılması da bizi narahat etmir. Bu şəbəkələrdə çoxlu saydasaxta məlumatla açılmış hesablar var. Belə çıxır ki, hökumət hansı saxta məlumatları əldə etmək istəyir, bunun özü də gülüncdür. Deməli, bu lisenziyalaşmanın həqiqi səbəbi fərdi məlumat olması inandırıcı deyil”.

Bəs onda hökumətin məqsədi nədir?

Pulsuz rabitə xidməti göstərən “WhatsApp” zənglərindən Azərbaycan vətəndaşları üçün məhdudlaşdırılıb- faktiki olaraq ölkədə əksər mobil operatorların nömrələrində bu applikasiyanın zəng funksiyası işləmir. Amma hələ ki, bu məhdudlaşdırmanın hüquqi əsası yoxdur. Əgər “WhatsApp”la razılığa gəlinməzsə, o zaman hökumətin belə məhdudlaşdırma üçün hüquqi əsası yaranır.

Skype tərcüməçi
Skype tərcüməçi

“Skype”“Nar mobile” dən 33 dəfə ucuzdur

Ələsgər Məmmədli hesab edir ki, əgər ucuz və ya pulsuz xəbərləşmələr belə məhdudiyyətlərlə önlənərsə, bu,ölkədəki mobil operatorların qazancına xidmət edəcək.

Çünki“Skype”ın pullu zəngləri yerli mobil operatorlar üçün rəqabət yaradır.

Bir müqayisə:

“Nar mobile”istifadəçiləri MDB ölkələri ilə mobil telefonla dəqiqəsi təxminən 75 sentdən danışdıqları halda, “Skype”ilə Moskvaya 1 dəqiqəlik danışıq 2,3 sentə, yəni, 33 dəfə ucuz başa gəlir.

Xatırladaq ki, hazırda həbsdə olan jurnalist Xədicə İsmayılovanın 2011-ci ildəki araşdırmasına görə, ölkədəki üç mobil operatordan biri olan “Azərfon” (“Nar” bu şirkətin ticarət nişanıdır) prezident İlham Əliyevin ailə üzvlərinə məxsusdur.

O ki qaldı “Facebook”a, ictimai fəallar narahatdırlar ki, hökumət bu sosial şəbəkədəki ictimai aktivliyi, tənqidləri önləmək üçün ona girişi məhdudlaşdırmaq istəyir. Amma nazir Əli Abbasov bu fikirlərlə razılaşmır: “Bunu bəzən hansısa məhdudiyyətlərlə qarışıq salırlar. Lakin bizdə heç bir məhdudiyyət yoxdur və olmayacaq”.

Nazir hələlik bu şirkətlərlə hökumət arasında danışıqların getdiyini deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG