Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:16

Yunanıstanda parlament buraxılıb və sentyabrın 20-nə vaxtındanəvvəl seçki təyin edilib.

Bu son 6 il ərzində 5-ci parlament seçkisi olacaq.

Cümə günü səhər Vasiliki Tanunun rəhbərlik etdiyi müvəqqəti hökumət işə başlayıb.

Tanu Ali məhkəmənin keçmiş sədri və Yunanıstanda ilk qadın baş nazirdir.

Son rəy sorğularına görə, avqustun 20-də istefa verən baş nazir Alexis Tsiprasın “Siriza” partiyası az fərqlə irəlidə gedir.

İkinci yerdə isə sağçı-mühavizəkar “Yeni demokratiya” partiyası gəlir.

Rəyi soruşulanların ¼-dən çoxu isə hələ ki,seçkiyə münasibətlərini müəyyən etməyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG