Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:13

Qırğızıstan prezidenti Almazbek Atambaevin ABŞ-a səfəri təxirə salınıb.

Atambaev sentyabrın 28-də BMT Baş Assambleyasının iclasında iştirak etməli, ABŞ prezidenti Barack Obama da daxil olmaqla bir sıra liderlərlə görüşməli idi.

20111-ci ildə prezident seçilən Atambaev ABŞ-da rəsmi səfərədə olmayıb.

Prezidentin sözçüsü Almaz Usenov avqustun 27-də AzadlıqRadiosunun qırğız xidmətinə bildirib ki, səfər oktyabrın 4-də keçiriləcək parlament seçkilərinə görə təxirə salınıb.

Müxalifətdən olan deputat Ravshan Jeenbekov prezidentin bu addımını pisləyib və bildirib ki, bu Moskvanın qəzəbindən qaçmaq üçün belə edilib.

Qeyd edək ki, Rusiyanın Krımı ilhaq eləməsi və Ukraynanın şərqindəki münaqişəyə görə, Moskva ilə Vaşinqton arasında münasibətlər gərginləşib.

Bundan başqa son vaxtlar Rusiyanın Orta Asiya ölkələrində nüfuzunun ardığı müşahidə olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG