Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:37

Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov avqustun 28-də Türkiyənin xarici işlər naziri Mövlud Cavusoglu ilə görüşüb.

Görüş Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli toplantısı çərçivəsində keçirilib.

Nazirliyin məlumatına görə,görüşdə ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Bakı-Tbilis-Qars dəmir yol xəttinin tezliklə fəaliyyətə başlayacağından məmnunluq bildirib və bunun regional əməkdaşlıq, iqtisadi və ticarət əlaqələri, habelə mal dövriyəsinin artmasına xidmət edəcəyini vurğulayıblar.

Görüşdə həmçininBakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə yanaşı TAP və TANAP qaz layihələrinin həyata keçirilməsinin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacağı vurğulanıb.

Həmçinin tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin Cənubi Qafqazda sülh və təhlükəsizliyə əsas əngəl olduğu bildirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG