Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:22

- Dövrümüzün ən çox oxunan rus yazıçısı Viktor Pelevinin yeni romanı bir həftədən sonra satışa çıxacaq. Bu haqda Rusiyanın “Eksmo” nəşriyyatı xəbər verir.

“Smotritel” (Nəzarətçi) adlı roman iki cildli olacaq, birinci cild "Sarı bayraq ordeni", ikinci cild "Dəmir uçurum" adlanacaq.

Kitab Birinci Pavel haqdadır. “Bu kitabın nə haqda olacağı oxucudan və onun seçimindən asılı olacaq” – kitabın annotasiyasında deyilir.

V.Pelevinin bundan əvvəlki romanı (“Любовь к трем цукербринам”) keçən il çıxıb. Roman Rusiyanın “Böyük kitab” müsabiqəsinin qısa siyahısına daxil olub. “Smotritel” sayca 13-cü romandır.

V.Pelevin 1990-cı illərin ortalarında “Omon Ra”, “Həşəratların həyatı”, “Çapayev və boşluq”, “P nəsli” kimi romanları, hekayələri ilə şöhrət tapıb.

Oxu Zalı

XS
SM
MD
LG