Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:35

-

«Qəbələ» futbol klubunun hazırda həbsdə olan futbolçusu Cavid Hüseynov Avropa Liqasının qrup oyunlarında iştirak edəcəyinə ümidlidir.

Bu barədə o, vəkili Adəm Məmmədova deyib.

Qafqazinfo-ya açıqlamasında vəkil bildirib ki, Cavid Hüseynov həm «Qarabağ»ı, həm də «Qəbələ»ni təbrik edib: «Hər iki komandanın qrupa düşməsinə çox sevinir. Dedi ki, «Qəbələ» onun ümidlərini doğruldub. Arzusu budur ki, klubu daha çox uğurlar qazansın».

Vəkil həmçinin qeyd edib ki, Cavid klubun növbəti oyunlarında iştirak edəcəyinə ümid edir: «Dedi «mən klubun kapitanı olmuşam, çox istərdim ki, son iki oyunda iştirak edim». Ümid edir ki, qrup oyunlarında iştirak edəcək. Cavid Azərbaycan futboluna öz töhfəsini vermək istəyir».

Vəkil əlavə edib ki, Cavid Hüseynov təcridxanada gününü daha çox kitab oxumaqla keçirir.

«Qəbələ» futbol klubunun keçmiş kapitanı Cavid Hüseynov jurnalist Rasim Əliyevin döyülərək ölməsinə görə həbs olunub.

Rasim Əliyev avqustun 8-də döyülüb və bir gün sonra xəstəxanada keçinib. Döyülməsinə səbəb «facebook»da Cavid Hüseynovu tənqid etməsi olub.

Cavid Hüseynovla yanaşı, jurnalisti döyən 5 nəfər də həbs edilib. Onlardan biri C.Hüseynovun bibisi oğlu Elşən İsmayılovdur.

Cavid Hüseynov bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməkdə ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG