Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:49

Avropa Birliyi-Balkanlar 2:4


Oyunun hakimləri - Avropa Birliyi komissarı Johannes Hahn (solda) və Serbiyanın xarici işlər naziri Ivica Dacic meydançaya çıxır

Oyunun hakimləri - Avropa Birliyi komissarı Johannes Hahn (solda) və Serbiyanın xarici işlər naziri Ivica Dacic meydançaya çıxır

Avropa Birliyi və qərbi Balkan ölkələrinin liderlərinin Avstriyanın paytaxtı Vyanada avqustun 26-dakı görüşündə miqrant problemi və digər ciddi məsələlər müzakirə olunandan sonra liderlər əyləncəyə də vaxt tapıb.

Görüşdən sonra liderlər futbol matçında qarşılaşıblar. Avropa Birliyi rəsmiləri bir komandada cəmləşərək Balkan ölkələri liderlərinə qarşı oynayıblar. Balkan komandası Avropa Birliyi komandasını 4- 2 hesabı ilə məğlub edib.

Oyunun hakimləri Avropa Birliyi komissarı Johannes Hahn və Serbiyanın xarici işlər naziri Ivica Dacic idi.

Liderlərin Vyanadakı danışıqlarında miqrant böhranı ilə yanaşı infrastruktur layihələri, sərhəd mübahisələri və Birliyə inteqrasiya səyləri də müzakirə olunurdu. Görüşə Almaniyanın kansleri Angela Merkel ilə yanaşı Albania, Bosniya və Herseqovina, Kosovo, Makedonyia, Çernoqoriya, Serbiya liderləri və nazirləri də gəlmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG