Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:22

Çilidə tələbə etirazına balıqçı da qoşulur (VİDEO)


Çilidə tələbə etirazına balıqçı da qoşulur
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

Çilidə tələbə etirazına balıqçı da qoşulur

Aksiya iştirakçıları razılaşdırılmış marşrutdan çıxanda polislə qarşıdurma olub

Çilinin paytaxtı Santyaqoda təhsildə aparılan islahatlara qarşı etiraz aksiyası polislə qarşıdurmaya çevirilib.

Avqustun 27-də aksiya əvvəlcə dinc keçirdi, lakin sonradan etirazçıların bir hissəsi şəhər rəhbərliyi ilə razılaşdırılmış marşrutdan kənara çıxıb.

Polis etirazçıları su şırnaqları ilə dağıtmağa çalışdıqda aksiya iştirakçıları cavab olaraq daş atmağa başlayıb.

Polislə qarşıdurmada onlarla adam saxlanıb, xəsarət alanlar barədə məlumat verilmir.

PREZİDENT İSLAHAT TƏKLİF EDİR, ETİRAZÇILAR DEYİR "AZDIR"

Çilinin prezidenti Michelle Bachelet və hökumət təhsil sistemində islahatlar keçirməyə çalışır. Təklif olunan dəyişikliklərə görə müəllimlərin maaşları qaldırılmalı, ali təhsil pulsuz olmalı, aztəminatlı tələbələrə isə bir sıra güzəştlər edilməlidir.

Lakin etirazçılar hesab edir ki bu dəyişikliklər azdır. Son vaxtlar təqaüd sisteminin vəziyyətindən və balıq ovuna qoyulan məhdudiyyətlərdən narazı olanlar da onlara qoşulub.

Aparılan sosial sorğuların nəticələrinə görə prezident Bacheletin reytinqi minimum həddədir.

XS
SM
MD
LG