Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:39

-

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin həbsdə olan sabiq rəisi Rəşad Məmmədovla görüşüb.

Bu barədə AzadlıqRadiosuna Elçin Behbudov məlumat verib.

Bildirib ki, Rəşad Məmmədov saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayətçi deyil.

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi, «Azİmport» şirkətinin sahibi Rəşad Məmmədov dələduzluqda ittiham olunur. Hazırda onun barəsində açılmış cinayət işi üzrə istintaq gedir.

Elçin Behbudov deyir ki, Rəşad Məmmədov ona qarşı irəli sürülən ittihamla özünü günahkar sayır:

«Mənə bildirdi ki, özünü günahkar bilir və məhkəmə zamanı dəymiş ziyanı ödəməyə çalışacaq ki, cəzası yüngül olsun».

Elçin Behbudov Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanan jurnalist Rauf Mirqədirovla da görüşmək niyyətində olduğunu, amma bunun baş tutmadığını bildirib:

«Təcridxanadan bildirdilər ki, Rauf Mirqədirov avqustun 25-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Böyükşor qəsəbəsindəki müalicə müəssisəsinə köçürülüb. Orada müalicə və müayinəsi başa çatdıqdan sonra yenidən istintaq təcridxanasına qaytarılacaq».

Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib. O, dövlətə xəyanətdə ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG