Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:06

-

Nizami rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, hadisə rayonun Əzimzadə küçəsi, 20 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Rövşən Həsənov aralarında yaranan münaqişə zəminində tanışı, 1975-ci il təvəllüdlü Nadir İbrahimovu tapançadan atəş açmaqla öldürüb.

Daha sonra R.Həsənov «Lexus» markalı avtomobili ilə hadisə yerindən qaçıb. Bu zaman o, maşını Rəşad Məmmədovun idarə etdiyi «Toyota»ya çırpıb. Nəticədə R.Məmmədov xəsarətlə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən R.Həsənov saxlanılıb.

Polisdən bildirilib ki, qətlə yetirilən N.İbrahimov keçmiş polis əməkdaşıdır.

Cinayət işi başlanıb, istintaq gedir.

DİN-İN MƏLUMATI

Azərbaycan Daxili İşlər Nazirliyi Bakıda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

Bildirilir ki, avqustun 28-də saat 01.00 radələrində paytaxtın Nizami rayonu ərazisindən Bakı şəhər sakini Nadir İbrahimov güllə yarası ilə xəstəxanaya gətirilib və orada ölüb.

Hadisəni münaqişə zəminində törədən həmyerlisi Rövşən Həsənov könüllü olaraq Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə gələrək istintaqa təslim olub, hadisəni törədərkən istifadə etdiyi «Makarov» markalı tapançanı və patron darağını təhvil verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG