Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:52

Barenboim İranda konsert vermək istəyir


Daniel Barenboim Fələstində konsertdə, 2011-ci il

Daniel Barenboim Fələstində konsertdə, 2011-ci il

-

Ulduz dirijor Daniel Barenboim Almaniya orkestrini İrana konsert verməyə aparmaq istəyir. Berlin Dövlət Operasının avqustun 27-də yaydığı bu xəbər İsrailin qəzəbli reaksiyasına səbəb olub.

Berlin Dövlət Operasının baş musiqi direktoru, 72 yaşlı Barenboim Tehranda mümkün konsert üçün İranla danışıqlar aparır. Rəsmi məlumata görə, Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier bu qərarı tam dəstəkləyir.

İsrailin mədəniyyət naziri Miri Regev xəbərə facebook-da qəzəbli reaksiya verib. O, Almaniya kansleri Angela Merkel-ə etiraz məktubu göndərəcəyini deyib.

“Məktubda vurğulayacağam ki, Daniel Barenboim-un İranda görünməsi İsrailin nüvə sazişini əngəlləmək cəhdlərinə mane olur. İran terror dəstəkləyən ölkədir və liderlərinin əlləri qana bulaşıb,” Regev deyib. O, yəhudi mənşəli argentinalı Barenboim-u “mədəniyyətdən özünün anti-İsrail baxışları üçün platforma kimi istifadə etməkdə günahlandırıb”.

Barenboim İsrailin Fələstin siyasətini açıq tənqid edənlərdən biridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG