Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:24

-

Avqustun 28-dən Şəkidə IV Beynəlxalq Qafqaz Moto Festivalına start verilir.

Avqustun 30-dək davam edəcək festivalın təşkilatçısı “Harley Davidson” “Baku HOG Azerbaijan”, Şəki İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Çingiz Mustafayev Fondudur.

Festival baykerlərin motosikletlərdə göstərdikləri şoularla başlayacaq. Tədbirə Türkiyə, Gürcüstan, Rusiya, İran, Böyük Britaniya və digər ölkələrdən gələn baykerlər qoşulub.

Qafqaz Moto Festivalı çərçivəsində sərgi-yarmarka da təşkil olunacaq. Sərgi-yarmarkada motobrendlər, moto və digər aksesuarlar, həmçinin Azərbaycan mədəniyyətini əks etdirən əşyalar nümayiş olunacaq.

Şəki Olimpiya Kompleksində təşkil olunacaq Moto Festivalda iştirak pulsuzdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG