Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:08

-

Bolqarıstan hökuməti Bakıda ticarət və sənaye palatası açmaq niyyətindədir. Məqsəd iki ölkə arasında iqtisadi əməkdaşlığa təkan verməkdir. Bu barədə Trend-ə Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov deyib.

Səfir bildirib ki, Bolqarıstan kənd təsərrüfatı, yüngül sənaye, turizm və başqa əhəmiyyətli sahələr üzrə əməkdaşlıqda Azərbaycanı tərəfdaş kimi nəzərdən keçirir:

“Bu gün Azərbaycan və Bolqarıstanın qarşılıqlı investisiyaları aşağı səviyyədədir. Bolqarıstan investorlarının Azərbaycanla əməkdaşlığa və əksinə, azərbaycanlı investorların Bolqarıstanda biznes fəaliyyətinə cəlb etməyə çalışırıq. Tikinti, infrastruktur və əczaçılıq da perspektivli sahələr hesab olunur”.

Diplomat qeyd edib ki, iqtisadi əlaqələrin inkişaf imkanları ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyaların ilin sonunadək Bakıda keçiriləcək dördüncü iclası zamanı müzakirə ediləcək.

Bundan başqa, Bolqarıstan tərəfi İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan hökumətinin nümayəndə heyətini Sofiyaya dəvət etmək və heyəti ölkənin iqtisadi imkanları ilə tanış etmək niyyətindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG