Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:36

Ukraynanın borcundan 20 faizini sildilər


Ukrayna tərəfindən borc danışıqlarını maliyyə naziri Natalie Yaresko aparıb
Ukrayna tərəfindən borc danışıqlarını maliyyə naziri Natalie Yaresko aparıb

Bu razılaşmaya həmçinin Ukraynanın 19 milyard dollarlıq xarici borcundan 20 faizin, yəni 3, 8 milyard dolların silinməsi daxildir.

Ukrayna hökuməti bildirib ki, kreditorlarla borcun qaytarılması üzrə razılaşmanın yenidən cədvəllənməsi istiqamətində razılaşma əldə edilib.

Bu razılaşmaya həmçinin Ukraynanın 19 milyard dollarlıq xarici borcundan 20 faizin, yəni 3, 8 milyard dolların silinməsi daxildir.

Ukrayna və xarici kreditorlar arasında bağlanmış sazişə görə Kiyevin borcu qaytarma müddəti 4 il də uzadılıb.

Xəbər verilir ki, kreditorlar Kiyevə bu güzəşti Birləşmiş Ştatların təzyiqi altında ediblər.

Bu arada ATƏT məlumat verir ki, Kiyev və separatçılar sentyabrın 1-dən atəşkəs rejiminə əməl etmək barədə razılığa gəliblər.

Lakin Ukrayna tərəfi bildirir ki, son 24 saat ərzində bütün cəbhə xətti boyunca gərginlik artıb.

XS
SM
MD
LG