Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:39

Ukraynanın Donetsk vilayətində azərbaycanlı iş adamı silahlı separatçılarla atışmada yaralanıb və ölüb. Donetsk vilayəti Azərbaycanlılar Konqresindən APA-ya verilən məlumata görə, o Ukrayna vətəndaşı Vahid Babayevdir.

O Donetskin İlovaysk şəhərində bir qrup silahlı separatçı ilə qarşılaşıb. Silahlıların onu girov götürməsinə müqavimət göstərən iş adamı ilə yaraqlılar arasında atışma baş verib. Nəticədə Vahid Babayev ağır yaralanıb. Mühasirəyə düşən Vahid Babayev onların əlinə düşməmək üçün şəxsi silahı ilə özünü öldürüb. Onun meyiti təxminən 10 gün separatçıların nəzarətindəki ərazidə qalıb. Donetskdəki azərbaycanlılar və Ukrayna tərəfinin apardığı danışıqlar nəticəsində meyit çıxarılıb.

V. Babayev doğulduğu Odessa şəhərində dəfn edilib.

Vahid Babayevin atası mingəçevirlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG