Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:14

İspaniyada Tomatina festivalı (VİDEO)


Diktator Franko bu pomidor festivalını bir neçə dəfə qadağan etmişdi

İspaniyada Tomatina - pomidor festivalı keçirilib

Ölkənin şərqində, Bunyol şəhərində çərşənbə günü 170 ton pomidor məhv edilib. Amma bu pomidorlar sanksiyaya düşən məhsullar deyildi. Bu, 70 illiyini qeyd edən Tomatina bayramıdır. Bu münasibətlə şəhər əhalisi turistlərin hesabına bir neçə dəfə artır. Onlar köhnə paltar və bəzən də qoruyucu eynək taxıb bir-birlərini pomidor atəşinə tutaraq şəhərin küçələrinə axışırlar.

Avstraliyalı turist Evaran Jeyms: “Bu inanılmazdır, sanki insanlarla pomidorların kütləvi orgiyasıdır”.

Tomatina

Tomatina

Yerli dükanlar pomidorların suyundan və lətindən qorunmaq üçün pəncərələri və hətta divarları belə bağlamalı olurlar.

Britaniyalı turist Amanda Breyvs: “Mənə elə gəlirdi ki, bu qədər tomatın mənim bədənimdə və paltarımda olması mümkün deyil."

TƏSADÜFİ DAVADAN BAŞLANAN BAYRAM

İlk dəfə bu festival 1945-ci ildə keçirilib – bu məhsul yığımının şərəfinə keçirilən bayramda təsadüfi pomidor davası idi.

Diktator Fransisko Frankonun hakimiyyəti dövründə Tomatina bir neçə il qadağan olunmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG